Əsas Səhifə > Gündəm > Sabah Moskvada İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında görüş keçiriləcək - Rəsmi
Sabah Moskvada İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında görüş keçiriləcək - Rəsmi10-01-2021, 22:45 |
|
Sabah Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında danışıqlar aparılacaq. Rubrika.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Görüş Rusiya Prezidentinin təşəbbüsü ilə keçirilir. Görüşdə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrası və regionda problemlərin həlli istiqamətində gələcəkdə atılacaq addımlar müzakirə olunacaq. Rubrika.Az Geri qayıt |