Əsas Səhifə > Media > Ali Məhkəmə “Lider TV” ilə bağlı qərar verəcək
Ali Məhkəmə “Lider TV” ilə bağlı qərar verəcək13-01-2021, 17:45 |
![]() “Lider TV və Radio-Azərbaycan” MMC müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı məhkəmə qərarından kassasiya şikayəti verib. Rubrika.Az-ın məlumatına görə, hakim Kəmalə Abıyevanın icraatında olan şikayət üzrə proses yanvarın 17-dək təxirə salınıb. Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiasına əsasən, “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qətnamə çıxarıb. Qətnaməsən verilən şikayəti Bakı Apelyasiya Məhkəməsi təmin etməyib. “Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində "Lider TV" (1 sentyabr 2000-ci ildən), həmçinin "Radio Lider" fəaliyyət göstərir. Rubrika.Az Geri qayıt |