Əsas Səhifə > Aktual > Ötən il Azərbaycanda 254 kriminal qrup zərərsizləşdirilib
Ötən il Azərbaycanda 254 kriminal qrup zərərsizləşdirilib19-01-2021, 10:46 |
|
2020-ci ildə Azərbaycanda həyata keçirilən operativ tədbirlər nəticəsində 254 kriminal qrup zərərsizləşdirilib. Rubrika.az xəbər verir ki, bunu daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib. O bildirib ki, odlu silah saxlayan və daşıyan 161 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Qanunsuz dövriyyədən 1 ton 873 kq narkotik vasitə çıxarılıb, yabanı halda yetişən 153 tondan çox narkotik xassəli bitki aşkarlanaraq məhv edilib. Rubrika.az Geri qayıt |