Əsas Səhifə > Aktual > Azərbaycanda yoluxma və sağalanların sayı yenidən kəskin artdı
Azərbaycanda yoluxma və sağalanların sayı yenidən kəskin artdı19-01-2021, 16:41 |
|
Azərbaycanda son sutkada koronavirusa 305 yeni yoluxma faktı qeydə alınıb, 949 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada 10 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 227 696 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 216 720 nəfər müalicə olunaraq sağalıb, 3 032 nəfər vəfat edib. Hazırda 7 944 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 915, bu günə qədər isə ümumilikdə 2 328 507 test icra olunub. Qeyd edək ki, ötən gün 118 yeni yoluxma faktı qeydə alınmış, 503 nəfər müalicə olunaraq sağalmış, 13 nəfər vəfat etmişdi. Rubrika.Az Geri qayıt |