Əsas Səhifə > Cəmiyyət > Bakının ən təhlükəli küçə və prospektləri - SİYAHI
Bakının ən təhlükəli küçə və prospektləri - SİYAHI22-01-2021, 10:50 |
|
Ötən il Bakı üzrə qəzaların böyük hissəsi Ziya Bünyadov, Qara Qarayev prospektlərində və Məhəmməd Hadi küçəsində qeydə alınıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. V.Əsədovun sözlərinə görə, qəzaların əksəriyyəti günün qaranlıq saatlarında baş verib: “Hadisələrin təhlili göstərir ki, günün saatlarına görə, 13:00-dan 18:00-a, 20:00-dan 00:00-a qədər daha çox yol-nəqliyyat hadisəsi baş verir. Bu saatlarda Bakı şəhəri üzrə 235 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 92 nəfər ölüb, 190 nəfər isə xasarət alıb. Bu isə ümumi hadisələrin 51,1 faizini, həlak olanların 54,4%-ni, xəsarət alanların isə 49,1%-ni təşkil edib”. Ötən il Bakı şəhərində prospekt və küçələr üzrə qeydə alınan qəzaların statistikası: - Ziya Bünyadov (19 hadisə, 6 ölüm,18 xəsarət); - Qara Qarayev (10 hadisə, 2 ölüm, 10 xəsarət); - Babək prospekti (10 hadisə,1 ölüm, 9 xəsarət); - Neftçilər prospekti (9 hadisə, 3 ölüm, 16 xəsarət); - Nobel prospekti (7 hadisə, 6 ölüm, 5 xəsarət); - Gəncə prospekti (5 hadisə, 3 ölüm, 3 xəsarət); - Lökbatan-Xocahəsən yolu (11 hadisə, 8 ölüm, 9 xəsarət); - Məhəmməd Hadi küçəsi (14 hadisə, 2 ölüm, 12 xasərət); - Ağa Neymətulla (9 hadisə, 1 ölüm, 8 xəsarət); - R. Rüstəmov küçəsi (7 hadisə, 4 ölüm, 8 xəsarət); - Fətəli Xan Xoyski (7 hadisə, 1 ölüm, 6 xəsarət); - Koroğlu Rəhimov (6 hadisə, 1 ölüm, 6 xəsarət); - B. Çobanzabə (4 hadisə, 1 ölüm, 5 xəsarət); - Həsən Əliyev küçəsi (4 hadisə, 4 xəsarət ). Nəticədə bu küçələrdə 161 fakt qeydə alınıb ki, bu hadisələr zamanı 56 nəfər ölüb, 146 nəfər xəsarət alıb. Bu isə ümumi hadisələrin 35 %-ni, ölənlərin 33,1 %-ni, yaralananların isə 37,7 %-ni təşkil edir”. Rubrika.Az Geri qayıt |