Əsas Səhifə > Səhiyyə > Azərbaycanda koronavirusdan daha 10 nəfər öldü, yoluxma sayı yenidən artdı
Azərbaycanda koronavirusdan daha 10 nəfər öldü, yoluxma sayı yenidən artdı24-01-2021, 22:30 |
|
Azərbaycanda son sutkada koronavirusa 287 yeni yoluxma faktı qeydə alınıb, 568 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 228 975 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 220 292 nəfər müalicə olunaraq sağalıb, 3 082 nəfər vəfat edib, aktiv xəstə sayı 5 601 nəfərdir. Ölkədə son sutka ərzində 7 079, hazırkı dövrədək isə 2 361 552 test aparılıb. Rubrika.Az Geri qayıt |