Əsas Səhifə > RubrikaTV Video > Xırdalanda partlayış olub, dağıntılar altından 2 nəfər çıxarılıb - YENİLƏNİB - VİDEO
Xırdalanda partlayış olub, dağıntılar altından 2 nəfər çıxarılıb - YENİLƏNİB - VİDEO25-01-2021, 19:30 |
|
Fövqəladə Hallar Nazirliyi Xırdalan şəhərində baş verən partlayışla bağlı rəsmi məlumat yayıb. FHN-dən "Report"a bildirilib ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Xirdalan şəhəri 27-ci məhəllə adlanan ərazidə uçqunla müşayiət olunan partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub: "Dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib, partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ olaraq biri qadın və biri uşaq olmaqla iki nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək". 19:02 Abşeron rayonunda evdə partlayış baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) əldə etdiyimiz məlumata görə, hadisə rayonun Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən fərdi yaşayış evində qeydə alınıb. Partlayışın təsirindən yaxınlıqdakı evlərə zərər dəyib. Belə ki, evlərin pəncərələrinin şüşələri qırılıb. Partlayışdan sonra yanğın başlayıb. 1 qadın və 1 uşaq dağıntılar altından çıxarılıb. Dağıntılar altında hələ də insanların olduğu ehtimal edilir. Bu istiqamətdə xilasedicilər tədbirlərini davam etdirir. Rubrika.Az Geri qayıt |