Əsas Səhifə > Siyasət > Prezident Fransanın dövlət katibini qəbul etdi

Prezident Fransanın dövlət katibini qəbul etdi


26-01-2021, 14:51
Prezident Fransanın dövlət katibini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuanı qəbul edib.

Dövlət katibi Jan Batist Lömuan dörd il əvvəl Azərbaycana səfərini və Bakıda Fransız-Azərbaycan Universiteti - UFAZ-ın yeni tədris binasının açılışında iştirakını məmnunluqla xatırlayıb.
Söhbət zamanı regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan-Fransa əlaqələrinin gündəliyinə toxunulub.

Rubrika.Az
Geri qayıt