Əsas Səhifə > RubrikaTV Video > Xırdalanda partlayış nəticəsində dağıntılar altında qalan azyaşlının meyiti tapıldı - YENİLƏNİB + VİDEO
Xırdalanda partlayış nəticəsində dağıntılar altında qalan azyaşlının meyiti tapıldı - YENİLƏNİB + VİDEO26-01-2021, 15:51 |
|
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evinin dağıntıları altından Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən daha bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Dağıntılar altında qalan şəxsin olmadığı nəzərə alınaraq, FHN tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb. Qeyd edək ki, Nazirliyin qəza-xilasetmə qüvvələrinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntılar altından 6 nəfər xilas olunub, 2 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib. 15:15 Xırdalanda baş verən partlayış nəticəsində dağıntılar altında qalan azyaşlının meyiti çıxarılıb. Dağıntılar altında qalan 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızının meyiti çıxarılaraq, təcili tibbi yardım əməkdaşlarına təhvil verilib. Videonu təqdim edirik: Rubrika.Az Geri qayıt |