Əsas Səhifə > Səhiyyə > Azərbaycanda daha 226 nəfərdə koronavirus aşkarlandı
Azərbaycanda daha 226 nəfərdə koronavirus aşkarlandı27-01-2021, 16:47 |
|
Azərbaycanda son sutkada koronavirusa 226 yeni yoluxma faktı qeydə alınıb, 601 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 229 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 221 717 nəfər müalicə olunaraq sağalıb, 3105 nəfər vəfat edib. Hazırda 4 762 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7458, bu günə qədər isə ümumilikdə 2 380 074 test icra olunub. Rubrika.Az Geri qayıt |