Əsas Səhifə > Dünya > Koçaryan növbədənkənar seçkilərə qatılmağı planlaşdırır

Koçaryan növbədənkənar seçkilərə qatılmağı planlaşdırır


28-01-2021, 09:17
Koçaryan növbədənkənar seçkilərə qatılmağı planlaşdırır

Ermənistanın eks-prezidenti Robert Koçaryan növbədənkənar parlament seçkilərində iştirak etmək niyyətindədir.

RUBRİKA.AZ xəbər verir ki, bu barədə o, erməni mediasına müsahibəsində deyib.

“Növbədənkənar seçkilər keçiriləcəksə, öz komandamla iştirak edəcəm və qələbə qazanacam”, - deyə Koçaryan bildirib.

Keçmiş prezident onu da əlavə edib ki, indiki vəziyyətdə seçkiləri təşkil etmək olduqca təhlükəlidir. “Buna baxmayaraq, hökumət bunu anlamırsa və həyata keçirilməsində israr edirsə, müxalifət seçkilərə qatılmalıdır”, - deyə Koçaryan qeyd edib.

Sabiq prezidentin fikrincə, hakimiyyət dəyişikliyinin siyasi yolla baş verməsinə ümid tükənərsə, artıq yazda insanlar küçələrə çıxacaq və bu dəfə etiraz dalğası əvvəlkindən daha güclü olacaq. /“Qafqazinfo”

RUBRİKA.AZ
Geri qayıt