Əsas Səhifə > İdman > Bu gün U-21 millimizin rəqibləri bilinəcək
Bu gün U-21 millimizin rəqibləri bilinəcək28-01-2021, 10:18 |
|
Bu gün 21 yaşadək futbolçulardan ibarət milli komandamızın (U-21) Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bilinəcək. İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:30-da başlayacaq və onlayn formatda olacaq. Millimiz gücünə görə beşinci səbətdə yer alıb. 1-ci səbət: İspaniya, Almaniya, Fransa, İngiltərə, İtaliya, Danimarka, Portuqaliya, Niderland, Xorvatiya; 2-ci səbət: Avstriya, Polşa, İsveç, Çexiya, Belçika, Rusiya, Serbiya, İsveçrə, Yunanıstan; 3-cü səbət: Slovakiya, İslandiya, Ukrayna, Sloveniya, İrlandiya, İsrail, Norveç, Bolqarıstan, Türkiyə; 4-cü səbət: Şotlandiya, Şimali Makedoniya, Bosniya və Herseqovina, Uels, Şimali İrlandiya, Finlandiya, Macarıstan, Belarus, Albaniya; 5-ci səbət: Monteneqro, Kosovo, Litva, Qazaxıstan, Moldova, Kipr, Farer adaları, Azərbaycan, Latviya; 6-cı səbət: Lüksemburq, Ermənistan, Malta, Andorra, Estoniya, Cəbəllütariq, Lixtenşteyn, San Marino. Qeyd edək ki, Avropa çempionatı 2023-cü ildə Rumıniya və Gürcüstanda keçiriləcək. Seçmə mərhələnin oyunlarına martda start veriləcək və tsikl 2022-ci ilin iyununda başa çatacaq. Rubrika.Az Geri qayıt |