Əsas Səhifə > Müsahibə > Eldar Əzizov: “Badamdardakı sürüşmə ilə bağlı tədbirlər planı hazırlanacaq”

Eldar Əzizov: “Badamdardakı sürüşmə ilə bağlı tədbirlər planı hazırlanacaq”


29-01-2021, 11:36
Eldar Əzizov: “Badamdardakı sürüşmə ilə bağlı tədbirlər planı hazırlanacaq”

İlk növbədə ərazidə ekspertlər çalışıb rəsmi məlumat verməlidir. Bu sözügedən ərazidə ilk torpaq sürüşməsi deyil.

Rubrika.Az-ın məlumatına görə, bu sözləri Badamdarda sürüşmə zonasına gələn Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işlər aparılır:

“Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və digər aidiyyəti qurumların mütəxəssisləri ərazidədir. FHN-nin nəzdində xüsusi komissiya qrupu yaradılıb. Onlar məsələ ilə bağlı zəruri tədbirlər görəcəklər.

Bununla yanaşı tədbirlər planı hazırlanacaq. FHN-nin nümayəndələrinin də iştirakı ilə hazırlanacaq tədbirlər planı çərçivəsində dəymiş ziyanın hesablanması və digər məsələlər də öz əksini tapacaq”.

Rubrika.Az
Geri qayıt