Əsas Səhifə > Səhiyyə > Ukrayna rus peyvəndinə “veto” qoydu
Ukrayna rus peyvəndinə “veto” qoydu29-01-2021, 15:53 |
![]() Ukrayna Ali Radası ölkə ərazisində peyvəndlərin tezləşdirilmiş qaydada qeydiyyatına imkan verən qanunu ikinci oxunuşda təsdiqləyib. Ancaq Rusiyada istehsal olunan peyvəndlər istisna təşkil edəcək. Rubrika.Az xəbər verir ki, qanun layihəsinə görə, qeydiyyat üçün əsas şərtlərdən biri onun təcavüzkar ölkədə istehsal olunmamasıdır. Rusiyanın təcavüzkar hərəkətləri nəzərə alınaraq, bu ölkənin peyvəndlərinin qeydiyyat mümkün olmayacaq. Sənədə əsasən, Avstraliya, Braziliya, Britaniya, İsrail, Hindistan, Kanada, Çin, Meksika, ABŞ, İsveçrə və Avropa Birliyində istehsal olunan və kliniki sınaqlardan keçən peyvəndlər qeydiyyata alınacaq. Rubrika.Az Geri qayıt |