Əsas Səhifə > Bölgə > ŞOK HADİSƏ: Xüsusi təyinatlı zabit hərbi hissədə intihar etdi - Foto
ŞOK HADİSƏ: Xüsusi təyinatlı zabit hərbi hissədə intihar etdi - Foto31-01-2021, 22:22 |
|
Daxili İşlər Nazirliyinin Daxili Qoşunların zabiti xidmət etdiyi hərbi hissədə intihar edib. RUBRİKA.AZ xəbər verir ki, DİN xüsusi təyinatlı dəstəsinin komandiri, 1989-cu il təvəllüdlü kapitan Məmmədov Alim Nazim oğlu yanvarın 30-da Quba rayonunda ürəyindən tapança ilə atəş açaraq özünü öldürüb. Məlumata görə, A.Məmmədov evli olsa da, 10 ilə yaxındır ki, övladı olmurmuş. Yanvarın 28-də ilk övladı dünyaya gəlib. A. Məmmədovun cənazəsi bu gün Qubadan Sumqayıta gətirilərək dəfn edilib. Qeyd edək ki, XTD üzvü Alim Məmmədov Vətən Müharibəsində iştirak edərək qəhrəmancasına döyüşüb. /Qafqazinfo RUBRİKA.AZ Geri qayıt |