Əsas Səhifə > Dünya > Terrorçu Köçəryanın arvadı doğum gününü Qarabağdakı evində keçirdi?..

Terrorçu Köçəryanın arvadı doğum gününü Qarabağdakı evində keçirdi?..


1-02-2021, 11:43
Terrorçu Köçəryanın arvadı  doğum gününü Qarabağdakı evində keçirdi?..

Qəsbkar Ermənistanın terrorçu eks-prezidenti Robert Köçəryanın arvadı Bella Köçəryan da Laçın sərhəd-keçid məntəqəsindəki Rusiya hərbçilərinin icazəsi ilə Azərbaycanın dövlət sərhədini pozaraq Qarabağa gəlib.

Rubrika.Az moderator.az-a istinadən xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumatdan belə çıxır. Xəbərdən B.Köçəryanın yanvarın 31-də doğum gününü Xankəndindəki evlərində qeyd etdiyi bəlli olur.

“Çoxsaylı təbrik və arzulara görə minnətdaram. İndi Artsaxdayam: qohumların və dostların əhatəsində... Stepanakertdəki evimizdə.... Bu gün həyəcansız, ağrını gizlətmədən danışmaq çətindir... Ancaq şəhərimiz yaşayır və yaşamalıdır” - deyə Xocalı qatilinin arvadı “Facebook” səhifəsində yazıb...

Terrorçu Köçəryanın arvadı  doğum gününü Qarabağdakı evində keçirdi?..

B.Köçəryan Xankəndi küçələrində erməni əsgərlərinin göründüyü belə bir foto da paylaşıb...

P.S. Xəbərin dezinformasiya olub-olmadığını Laçın sərhəd-keçid məntəqəsindəki Rusiya sülhməramlıları(!) yaxşı bilər...

Rubrika.Az
Geri qayıt