Əsas Səhifə > İdman > Buffon karyerasında 1 100-cü oyuna çıxdı

Buffon karyerasında 1 100-cü oyuna çıxdı


3-02-2021, 12:00
Buffon karyerasında 1 100-cü oyuna çıxdı


Ötən gün İtaliya kubokunun yarımfinal mərhələsində “Yuventus” “İnter”in qonağı olub və 2:1 hesabı ilə qalib gəlib.

“Opta Sports” xəbər verir ki, bu oyunda “Yuventus”un qapıçısı Canluici Buffon karyerasında 1 100-cü oyununa çıxıb.

Qeyd edək ki, C.Buffon 156 dəfə İtaliya milli komandasının formasını geyinib və bu göstərici ilə öz ölkəsində liderdir.

C.Buffon həmçinin İtaliya A Seriyasında ən çox quru oyun (qol buraxmadan oyun keçirmə) rekordunu da özündə saxlayır.

Rubrika.Az
Geri qayıt