Əsas Səhifə > Cəmiyyət > Mənzildən oğurluq edən iki şəxs tutuldu
Mənzildən oğurluq edən iki şəxs tutuldu3-02-2021, 14:11 |
|
Bakıda evdən oğurluq edən şəxslər tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yanvarın 31-də rayon ərazisindəki evlərin birindən 2 950 manat dəyərində notbuk, kompüter və iki ədəd gödəkcə oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Mirabdullayev və Şirvan şəhər sakini F.Ağayev saxlanılıb. Rubrika.Az Geri qayıt |