Əsas Səhifə > Aktual > Azərbaycanda daha dörd nəfər koronavirusdan öldü - FOTO
Azərbaycanda daha dörd nəfər koronavirusdan öldü - FOTO3-02-2021, 18:16 |
|
Azərbaycanda son sutkada koronavirusa 162 yeni yoluxma faktı qeydə alınıb, 361 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış dörd nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 230 617 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 224 168 nəfər müalicə olunaraq sağalıb, 3 145 nəfər vəfat edib, aktiv xəstə sayı 3 304 nəfərdir. Ölkədə son sutka ərzində 7 198, hazırkı dövrədək isə 2 426 945 test aparılıb. Rubrika.Az Geri qayıt |