Əsas Səhifə > İstisadiyyat > Neftlə bağlı sevindirici proqnoz: 173 dollar...

Neftlə bağlı sevindirici proqnoz: 173 dollar...


4-02-2021, 15:50
Neftlə bağlı sevindirici proqnoz: 173 dollar...

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) müsbət ssenarisinə əsasən, "Brent" markalı neftin bir barelinin qiyməti 2050-ci ilə 173 dollaradək yüksələ bilər.

Bu barədə APA EIA-in 2050-ci ilədək qlobal enerji bazarlarındakı vəziyyətin inkişafına dair hesabatına istinadən xəbər verir.

Məlumata görə, qeyd olunan qiymət 2020-ci il üçün dollar məzənnəsinə uyğun olaraq hesablanıb.

Mütəxəssislərin fikrincə, mənfi ssenariyə uyğun olaraq, hesabat dövründə "Brent"in qiyməti 48 dollar, realistik ssenariyə uyğun isə 95 dollar təşkil edə bilər.

Rubrika.Az
Geri qayıt