Əsas Səhifə > Cəmiyyət > Cəbrayıl polisi silah-sursat aşkarladı
Cəbrayıl polisi silah-sursat aşkarladı5-02-2021, 11:46 |
|
Cəbrayıl polisi silah-sursat aşkarlayıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Zəngilan rayon sakini, əvvəllər məhkum olunmuş Rasif Cəfərovun Biləsuvar rayonu ərazisində Cəbrayıl və digər rayonlardan olan məcburi köçkünlər üçün inşa edilmiş 9 saylı qəsəbədə yerləşən yaşadığı evdən 1 ədəd “AKM” markalı silah, 1 ədəd patron darağı və 24 ədəd patron aşkar edilərək götürülüb. R.Cəfərovun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Rubrika.Az Geri qayıt |