Əsas Səhifə > Qanun > “ASAN xidmət”in mərkəz direktoru yeni vəzifəyə təyin edildi - YENİLƏNİB
“ASAN xidmət”in mərkəz direktoru yeni vəzifəyə təyin edildi - YENİLƏNİB8-02-2021, 10:45 |
|
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzinTelekom” MMC-nin rəhbərliyində təyinat olub. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev müvafiq əmr imzalayıb. Nazirin əmrinə əsasən Tağı Tağı-zadə “AzinTelekom”un direktoru vəzifəsinin müvəqqəti icraçısı təyin edilib. 10:15 Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN” xidmət) tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Tağı Tağı-Zadə vəzifəsindən azad edilib. Bununla bağlı müvafiq əmr imzalanıb. T.Tağı-Zadənin işdən çıxması yeni vəzifəyə təyin olunması ilə əlaqədardır. Qeyd edək ki, 32 yaşlı T.Tağı-Zadə 2018-ci ildən “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru olub. O, daha əvvəl 2016-cı ildən 2018-ci ilə qədər MMC-nin direktor müavini vəzifəsində çalışıb. Rubrika.Az Geri qayıt |