Əsas Səhifə > Aktual > 11 yaşlı qızını nişanlayan valideyni hansı cəza gözləyir? - AÇIQLAMA
11 yaşlı qızını nişanlayan valideyni hansı cəza gözləyir? - AÇIQLAMA9-02-2021, 12:32 |
![]() 11 yaşlı qızla 15 yaşlı oğlanın nişan mərasimindən çəkilən görüntülərin bu gün sosial şəbəkələrdə yayılması gündəmi zəbt edib. Bəlli olub ki, həmin mərasim Gürcüstanda, azərbaycanlıların yaşadığı Soğanlıq kəndində baş tutub. Bu olay ölkəmizdə bir çox insanlar tərəfindən sərt şəkildə qınanıb. Hamını isə indi bir sualın cavabı gözləyir: həddi-buluğa çatmayan uşaqlara belə mərasim keçirən valideynləri hansı cəza gözləyir? Gürcüstanda fəaliyyət göstərən "Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli məsələyə münasibətini Bizim.Media-ya açıqlayıb: "11 yaşlı qızın nişanlanması tamamilə qanunsuzdur. O, hələ həddi-buluğa çatmayıb, düşüncəsi tam formalaşmayıb, sərbəst qərar vermək gücünə sahib deyil. Bu hadisə Gürcüstan Respublikasının da qanunlarına ziddir. Valideynlər və bu işə razılıq verən digər insanlar məsuliyyətə cəlb olunmalıdır. Bu hadisədə açıq-aşkar uşaqların hüquqları pozulub. Günahı olan hər kəs cəzalandırılmalıdır”. Rubrika.Az Geri qayıt |