Əsas Səhifə > Səhiyyə, Dünya > COVID-19-un Uhana gəlməsi ilə bağlı dəlillər yoxdur
COVID-19-un Uhana gəlməsi ilə bağlı dəlillər yoxdur10-02-2021, 08:56 |
|
Əldə edilən epidemioloji məlumatlara əsasən, yeni koronavirus infeksiyasının Çinin Uhan bazarına necə daxil olduğunu müəyyən etmək mümkün deyil. “RİA Novosti” xəbər verir ki , bunu Çin Dövlət Səhiyyə Komitəsinin eksperti Lyan Vanınyan bildirib. O qeyd edib ki, bəzi yoluxmaların əvvəl olduğu kimi dəniz məhsulları bazarı ilə əlaqəsi müşahidə edilməyib: “Uhandakı dəniz məhsulları bazarının virusun yayılması üçün bir mərkəz ola bilməsi mümkündür. Mövcud məlumatlara əsasən, Sars-Cov-2-nin Uhan bazarına necə gəldiyini müəyyənləşdirmək mümkün deyil”. Xatırladaq ki, COVID-19 epidemiyası ilk dəfə 2019-cu ilin sonunda Çinin Uhan şəhərində aşkar edilib. 2020-ci ilin 11 martında ÜST onu pandemiya elan edib. Rubrika.az Geri qayıt |