Əsas Səhifə > İdman > Teymur Rəcəbov üstünlüyünü qoruya bilmədi
Teymur Rəcəbov üstünlüyünü qoruya bilmədi10-02-2021, 09:48 |
|
“Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Mükafat fondu 100 min ABŞ dolları olan yarışın dördüncü günündə təmsilçimiz Teymur Rəcəbov növbəti görüşünü keçirib. Rəcəbov Niderland qrossmeysteri Aniş Giri ilə üz-üzə gəlib. 34 yaşlı təmsilçimiz ilk görüşdən 2:2 hesablı heç-heçə ilə ayrılıb. O, ilk iki partiyadan heç-heçə etdikdən sonra 3-cü partiyada qara fiqurlarla qalib gəlsə də, 4-cü oyunda ağlarla uduzub. Şahmatçılar arasında ikinci matç isə fevralın 10-da keçiriləcək. Qeyd edək ki, turnirə fevralın 14-də yekun vurulacaq. Rubrika.Az Geri qayıt |