Əsas Səhifə > Səhiyyə > Azərbaycanda daha üç nəfər koronavirusdan öldü - FOTO
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü - FOTO11-02-2021, 16:59 |
|
Azərbaycanda son sutkada koronavirusa 140 yeni yoluxma faktı qeydə alınıb, 205 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 231 649 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 226 119 nəfər müalicə olunaraq sağalıb, 3 170 nəfər vəfat edib, aktiv xəstə sayı 2 360 nəfərdir. Ölkədə son sutka ərzində 7 315, hazırkı dövrədək isə 2 478 223 test aparılıb. Rubrika.Az Geri qayıt |