Əsas Səhifə > Dünya > Ermənistan müxalifəti parçalanır

Ermənistan müxalifəti parçalanır


12-02-2021, 17:21
Ermənistan müxalifəti parçalanır

Ermənistanın “Vətəni Qurtarmaq Hərəkatı”nın lideri Vazgen Manukyanın rəhbərliyi ilə ermənilərin Azadlıq meydanında mitinq baş tutub. Bu zaman o, jurnalistlərin bir neçə sualını cavablandırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Məlumata görə, Ermənistan müxalifətinin müvəqqəti baş nazir namizədi Manukyan jurnalistlərin, “Robert Köçəryanın namizədliyini dəstəkləyəcəksinizmi?”, - sualına cavabında erkən seçkilərə qatılmayacağını deyib. Həmçinin erkən seçkilərin hansı ssenari əsasında baş tutacağının da onun üçün əhəmiyyətli olmadığını vurğulayıb.

İqtisadi proqramlar barədə danışan Vazgen Manukyan, hərəkatın iki sosial-iqtisadi proqram hazırladığını bildirib.

Onlardan biri təcili sosial və iqtisadi məsələlərin həlli üçün bir illik proqramdır, digəri isə seçkilərdə iştirak etməyəcəyi üçün növbəti hökumət tərəfindən həyata keçiriləcək olan uzunmüddətli proqramdır.

Hakimiyyətə gələcəyi təqdirdə müvəqqəti hökumətdə kimləri gördüyünü soruşduqda isə Manukyan sualı cavabsız qoyub.

Rubrika.Az
Geri qayıt