Əsas Səhifə > Səhiyyə > Dünyada koronavirusa yoluxanların sayı açıqlandı
Dünyada koronavirusa yoluxanların sayı açıqlandı15-02-2021, 11:05 |
|
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 300 mindən çox artıb. Rubrika.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir. Məlumata əsasən, ötən sutka ərzində 300 530 nəfər yeni koronavirusa yoluxub, 7 776 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 108 153 741, ölənlərin isə 2 381 295 nəfərə çatıb. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır. Rubrika.Az Geri qayıt |