Əsas Səhifə > Cəmiyyət > Vüqar Səfərli YAP-dakı vəzifəsindən çıxarıldı
Vüqar Səfərli YAP-dakı vəzifəsindən çıxarıldı15-02-2021, 16:13 |
|
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq sədri Vüqar Səfərli Yeni Azərbaycan Partiyasındakı (YAP) vəzifəsindən azad edilib. Bu barədə YAP-dan məlumat əldə edib. Məlumata görə, V.Səfərli barəsində məhkəmə qərarı olduğuna görə, o, avtomatik olaraq YAP-ın Nərimanov rayon təşkilatının sədrinin müavini vəzifəsindən uzaqlaşdırılıb. V.Səfərlinin YAP-dakı vəzifəsindən kənarlaşdırılması barədə ilk xəbəri “Unikal” yayıb. Qeyd edək ki, bu ilin yanvarın 14-də məhkəmənin qərarı ilə V.Səfərli barəsində həbs qətimkan tədbiri seçilib. V.Səfərli Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Rubrika.Az Geri qayıt |