Əsas Səhifə > Aktual > Koronanın 3-cü dalğasından bu cür qoruna bilərik
Koronanın 3-cü dalğasından bu cür qoruna bilərik16-02-2021, 18:25 |
|
Azərbaycanda aparılan vaksinasiya sayəsində koronavirus infeksiyasına yoluxmamış ölkə əhalisinin bir hissəsini qorumaq mümkündür. Rubrika.Az xəbər verir ki, bunu Yeni Klinika tibb müəssisəsinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Dilman Əhmədov bildirib. Onun sözlərinə görə, Azərbaycan əhalisinin 10 milyonundan yalnız müəyyən bir hissəsi virusa yoluxub: “Lakin əhalinin böyük əksəriyyəti yoluxmayıb, bu baxımdan profilaktik tədbirlərin görülməsi çox vacibdir. Başqa bir dalğa olarsa, onlar da yoluxa bilər”. Həkim özünün artıq peyvənd olunduğunu da deyib: “Peyvəndin ilk dozasını vurdurmuşam, sabah ikinci dozanın vaxtıdır. Peyvənddən sonra özümü yaxşı hiss edirəm, heç bir yan təsir müşahidə olunmur Rubrika.Az Geri qayıt |