Əsas Səhifə > Səhiyyə > Meksikada təhlükəli və saxta koronavirus peyvəndləri aşkarlandı
Meksikada təhlükəli və saxta koronavirus peyvəndləri aşkarlandı19-02-2021, 11:06 |
|
Meksikada saxta koronavirus vaksinləri aşkarlanıb. Rubrika.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi bildirib. Ölkənin Təhlükəsizlik və Mülki Müdafiə Nazirliyinin yaydığı məlumata görə, saxta preparat Nuevo-Leon ştatında aşkarlanıb. Nazirlikdə əlavə ediblər ki, bununla bağlı araşdırma aparılıb. Yoxlama nəticəsində altı nəfər saxlanılıb. "İmmunizasiyanın bu tipinin tətbiqi əhalinin sağlamlığını təhlükə altına alır", - nazirlikdə vurğulayıblar. Nazirlik həmçinin vətəndaşları ayıq-sayıq olmağa və yalnız dövlət mərkəzlərində peyvənd edilməyə çağırıblar. Rubrika.az Geri qayıt |