Əsas Səhifə > Cəmiyyət > Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb


18-02-2021, 09:35
Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

2021-ci il fevral ayının 17-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,

- Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 48 cinayətin üstü “isti izlər”lə açılmışdır.

- Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunmuşdur.

- Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılmışdır.

RUBRIKA.AZ
Geri qayıt