Əsas Səhifə > İdman > Millimiz bu gün İspaniya ilə qarşılaşacaq
Millimiz bu gün İspaniya ilə qarşılaşacaq18-02-2021, 10:24 |
|
Qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. D qrupunda yer alan yığma 7-ci matçında Bakıda İspaniya ilə üz-üzə gələcək. "ASK Arena"dakı qarşılaşma saat 20:00-da başlayacaq. Siyasət Əsgərovun başçılıq etdiyi komandanın heyətində yeganə itki Jalə Məhsimovadır. Rusiya "Zenit"ində çıxış edən futbolçu mövcud vəziyyətlə əlaqədar sənədləşmə işlərində müəyyən çətinliklər səbəbindən Bakıya gəlməyib. Bunadək keçirdiyi 6 oyunda xal qazana bilməyən Azərbaycan millisi sonuncu pillədə qərarlaşıb. İspaniya yığması isə 6 görüşdən 16 xalla zirvədədir. Bu komandalar arasında ilk matç ispaniyalıların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Avropa çempionatı Seçmə mərhələ 20:00. Azərbaycan - İspaniya Hakimlər: Maria Marotta, Françeska Di Monte, Veronika Vettorel, Valentina Fintsi (İtaliya) Bakı, "ASK Arena" stadionu. Qeyd edək ki, yığma qrupdakı son matçını fevralın 23-də evdə Moldovaya qarşı keçirəcək. Rubrika.az Geri qayıt |