Əsas Səhifə > Cəmiyyət > “Qarabağ klanı” Paşinyanı DEVİRƏ BİLƏR - GƏLİŞMƏ
“Qarabağ klanı” Paşinyanı DEVİRƏ BİLƏR - GƏLİŞMƏ19-02-2021, 11:25 |
![]() Ermənistandan qeyri-stabil siyasi vəziyyət davan edir. Rubrika.Az modern.az-a istinadla xəbər verir ki, son müharibədəki məğlubiyyətdən istifadə edən “Qarabağ klanı” Nikol Paşinyan hökumətini devirmək üçün planlar qurur. Müxalifət partiyaları fevralın 20-si saat 15:00-da Yerevanın Azadlıq meydanında ümumxalq mitinqi təyin edib. Mitinqdə tərəfdarlarının iştirak etməsi üçün “Qarabağ klanı”nın əsas simaları, eks-prezidentlər Serj Sarkisyan və Robert Koçaryanın müraciətləri yayılmışdı. Analoji addımı Şuşa uğrunda döyüşlərdə Ordumuzdan qaçaraq gizlənən eks-müdafiə naziri Seyran Ohanyan da atıb. O hər kəsi mitinqə gələrək “bir yumruq kimi birləşib ölkənin sahibinə çevrilməyə” səsləyib. 20 fevral mitinqinə “Qarabağ klanı” ilə yanaşı, siyasi mövqeyini mövcud şəraitə uyğun tez-tez dəyişən “Daşnaksütyun”, “Çiçəklənən Ermənistan” partiyaları, həmçinin, eks-Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın başçılıq etdiyi “Vətən” partiyasının üzvləri də qatılacaq. Mitinqlə bağlı razılıq fevralın 4-də və 15-də eks-prezidentlər Serj Sarkisyan, Robert Koçaryan, "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyan, müxalifətin vahid namizədi Vazgen Manukyan, Vətən partiyasının sədri Artur Vanetsyan və "Daşnaksütyun" partiyasının Ali Şurasının üzvü İşxan Saqatelyanın Yerevanda keçirdikləri gizli görüşlərdə əldə olunub. Ermənistan hakimiyyətinə yaxın mətbuat 20 fevral mitinqində iştirakçı sayının çox olacağı təqdirdə müxalifətin baş nazir Paşinyanı güc yolu ilə devirməyi gözdən keçirə biləcəyini də yazır. Revanşist qüvvələrin hakimiyyətə gələrək, Qarabağ münaqişəsini nizamlayan üçtərəfli razılşamlarla bağlı yeni şərtlər irəli sürməsi istisna olunmur. “Qarabağ klanı”nın mitinq tarixini 20 fevrala təyin etməsi həm də simvolik məna daşıyır. Məhz 1988-ci ilin 20 fevralında Xankəndidə Qarabağ separatçılarının ilk açıq nümayişi keçirilmişdi. Rubrika.Az Geri qayıt |