Əsas Səhifə > Müsahibə > Hikmət Hacıyevə qarşı təxribat aradan qaldırıldı

Hikmət Hacıyevə qarşı təxribat aradan qaldırıldı


24-02-2021, 13:00
Hikmət Hacıyevə qarşı təxribat aradan qaldırıldı

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter”ə təşəkkür edib.

Rubrika.Az-in məlumatına əsasən, bu barədə H.Hacıyev özünün "Twitter” hesabında yazıb.

H.Hacıyev bildirib ki, Ermənistan hökumət dairələri ilə əlaqəli saxta hesablar yaradılıb.

O, həmçinin öz adı ilə saxta hesablar yaradıldığını diqqətə çatdırıb.

Prezidentin köməkçisi "Twitter” aministrasiyasına həmin saxta hesabları bağladığına görə təşəkkür edib.

Rubrika.Az
Geri qayıt