Əsas Səhifə > Bölgə > Məşğulluq mərkəzindən iş axtaran yaşlı qadına ABSURD CAVAB - "Sənə hardan iş tapaq?"
Məşğulluq mərkəzindən iş axtaran yaşlı qadına ABSURD CAVAB - "Sənə hardan iş tapaq?"25-02-2021, 10:58 |
![]() 62 yaşlı Maisə Quliyeva tənha xanımdır. Mingəçevirdə yataqxanada yaşayan və kimsəsi olmayan Maisə Quliyeva acınacaqlı şəraitdə məskunlaşsa da, əsas dərdinin bu olmadığını deyir. Rubrika.Az DİA.AZ-a istinadla xəbər verir ki, onun giley-güzarı təkcə sığındığı yataqxanadakı şəraitsizlikdən deyil, həm də işsizlikdəndir: “Nə ünvanlı sosial yardım, nə pensiya ala bilirəm, nə başqa bir yerdən gəlirim var, iş üçün də hansı qapını döyürəmsə, deyirlər, 62 yaşın var, əl-ayağını uzat, öl… Bu yaşda insanlara heş yerdə iş yoxdur. Gedirəm Məşğulluq Mərkəzinə, deyir: “Heç cavan yaşda adamlara iş yoxdur, sənə hardan iş tapaq?” Gedirəm hansısa kafenin, restoranın qapısını döyürəm, xahiş edirəm ki, məni qabyuyan kimi işə götürsünlər, deyirlər: “Bizə cavan işçi lazımdır, bura qocalar evi deyil…”” İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Rubrika.Az Geri qayıt |