Əsas Səhifə > Səhiyyə > Azərbaycanda son sutkada 219 nəfər COVID-19-a yoluxub, 180 nəfər sağalıb, 4 nəfər vəfat edib
Azərbaycanda son sutkada 219 nəfər COVID-19-a yoluxub, 180 nəfər sağalıb, 4 nəfər vəfat edib26-02-2021, 17:42 |
|
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 180 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 233 989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 479 nəfər müalicə olunaraq sağalıb, 3 213 nəfər vəfat edib, aktiv xəstə sayı 2 297 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 908, ötən müddət ərzində isə ümumilikdə 2 583 362 test aparılıb. Rubrika.az Geri qayıt |