Əsas Səhifə > İdman > Çempionluq uğrunda gərgin rəqabət: “Qarabağ”, yoxsa “Neftçi” xal itirəcək?
Çempionluq uğrunda gərgin rəqabət: “Qarabağ”, yoxsa “Neftçi” xal itirəcək?2-03-2021, 10:10 |
|
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək. Turun açılış matçında “Səbail” “Keşlə”ni qəbul edəcək. Günün digər matçında isə son çempion “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. Azərbaycan Premyer Liqası XVIII tur 2 mart 16:00 “Səbail” – “Keşlə” Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rəhim Həsənov Bakı. “ASCO Arena” 18:15 “Qarabağ” – “Qəbələ” Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Eyyub İbrahimov, Rövşən Rəcəbov Bakı. “Azersun Arena” 3 mart 16:00 “Sumqayıt” – “Zirə” Sumqayıt. “Kapital Bank Arena” 18:15 “Neftçi” – “Sabah” Bakı. “Bakcell Arena” Qeyd edək ki, Azərbaycan Premyer Liqasında “Neftçi” və “Qarabağ” 33 xalla birinci və ikinci yerləri bölüşürlər. “Keşlə” və “Sabah” isə 15 xalla yeddinci və səkkizinci sıradadır. Rubrika.Az Geri qayıt |