Əsas Səhifə > Aktual > Deputata edilən müraciətlərin əksəriyyəti həllini tapıb
Deputata edilən müraciətlərin əksəriyyəti həllini tapıb2-03-2021, 22:40 |
|
Milli Məclisin deputatı Cavanşir Feyziyevin fevral ayı üçün seçicilərlə görüşü barədə açıqlama yayılıb. Rubrika.Az həmin açıqlamanı təqdim edir: Ötən ay deputatın ünvanına 128 yazılı müraciət daxil olub, onlardan 37-si ay ərzində öz həllini tapıb. Vətəndaşlardan daxil olmuş 7 müraciət baxılması və müvafiq kömək göstərilməsi üçün Mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına göndərilib. Daha 1 müraciət aidiyyatı üzrə digər qurumlara göndərilib. Bununla bərabər, seçicilər tərəfindən göndərilmiş yazılı müraciətlərin 83-də qanunvericiliyin tələblərinə uyğun olmayan məsələlər qaldırılıb və bu məsələlərin qanunvericilik tələblərinə uyğun olmadığı vətəndaşların diqqətinə çatdırılıb. Fevral ayı ərzində seçicilərlə keçirilən 3 görüşdə 8 nəfər deputat tərəfindən qəbul edilərək müraciətləri dinlənilib. Rubrika.Az Geri qayıt |