Əsas Səhifə > Təhsil > Bakıda daha bir məktəb koronavirusa görə bağlandı
Bakıda daha bir məktəb koronavirusa görə bağlandı3-03-2021, 10:45 |
|
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 106 saylı tam orta məktəb koronavirusa görə distant təhsilə keçib. Məktəbdən verilən məlumata görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə təhsil müəssisəsi martın 1-də fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Buna səbəb təhsil müəssisəsində çalışan əməkdaşın evində COVID-19-lu xəstələrin olmasıdır: "Lakin məktəbdə müəllim və ya şagirdlər arasında yoluxma faktı olmayıb. Növbəti həftədən - martın 9-dan məktəbdə tədrisin bərpası nəzərdə tutulur”. Rubrika.az Geri qayıt |