Əsas Səhifə > Təhsil > İdarə müdirindən məktəblərin bağlanması ilə bağlı iddialara CAVAB
İdarə müdirindən məktəblərin bağlanması ilə bağlı iddialara CAVAB3-03-2021, 17:43 |
|
Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva məktəblərin bağlanması ilə bağlı iddialara münasibət bildirib. Rubrika.Az-ın məlumatına görə, o, jurnalistlərə açıqlamasında bildirib ki, məktəblərin bağlanması qərarını biz vermirik: “Bu koronavirusa yoluxma sayından asılı ola biləcək bir məsələdir”. O qeyd edib ki, hər kəs karantin qaydalarına riayət etməlidir: “Karantin rejiminin müvəqqəti qaydaları var. Təhsil müəssisələrində tədris prosesi bu qaydalara uyğun olaraq təşkil olunur. Mütəmadi olaraq monitorinqlər keçirilir, demək olar ki, qaydalara tam şəkildə riayət edilir”. Rubrika.Az Geri qayıt |