Əsas Səhifə > Siyasət > YAP-ın qurultayı keçirilir
YAP-ın qurultayı keçirilir5-03-2021, 10:17 |
|
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək. Rubrika.az xəbər verir ki, partiyanın VII qurultayı saat 10.00-da başlayacaq. Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq. Hazırda qurultay iştirakçıları YAP-ın binasına daxil olur. Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Rubrika.az Geri qayıt |