Əsas Səhifə > Aktual > Türkiyədə helikopter qəzasında şəhid olan 11 nəfərdən biri də ordu generalıdır- YENİLƏNİB

Türkiyədə helikopter qəzasında şəhid olan 11 nəfərdən biri də ordu generalıdır- YENİLƏNİB


5-03-2021, 10:27
Türkiyədə helikopter qəzasında şəhid olan 11 nəfərdən biri də ordu generalıdır- YENİLƏNİB

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, həlak olan və yaralananlar var.

bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bingöldən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb.

Qəza nəticəsində 9 hərbçi həlak olub, 4 hərbçi xəsarət alıb.

***

Türkiyədə Bitlisdəki hərbi helikopter qəzasında daha bir nəfər həyatını itirib.

APA-nın yerli bürosunun Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadla verdiyi xəbərə görə, həkimlərin cəhdlərinə baxmayaraq, qəzada yaralanan 4 hərbçidən birinin həyatını xilas etmək mümkün olmayıb. Bununla da qəzada şəhid olan hərbçilərin sayı 10-a yüksəlib.

Qeyd edək ki, şəhidlər arasında 8-ci Korpus komandiri, general-leytenant Osman Erbaşın da adı var.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Baş qərargah rəisi Yaşar Gülər bir qrup heyətlə hadisə yerinə gediblər.

***

Türkiyədə Bitlisdəki hərbi helikopter qəzasında daha bir nəfər həyatını itirib.

APA-nın yerli bürosunun Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadla verdiyi xəbərə görə, həkimlərin cəhdlərinə baxmayaraq, qəzada yaralanan hərbçilərdən birinin həyatını xilas etmək mümkün olmayıb. Bununla da qəzada şəhid olan hərbçilərin sayı 11-ə yüksəlib.

Rubrika.az
Geri qayıt