Əsas Səhifə > Dünya > Daha bir ölkədə sərt karantin başladı

Daha bir ölkədə sərt karantin başladı


9-03-2021, 09:49
Daha bir ölkədə sərt karantin başladı

Estoniya hökuməti koronavirusun Böyük Britaniyada aşkarlanan ştammının yayılması ilə əlaqədar martın 11-dən bir ay müddətinə sərt karantin tətbiq edir.

Rubrika.Az xəbər verir ki, bunu Estoniyanın baş naziri Kaya Kallas deyib. K.Kallas bildirib: "Biz mümkün olduğu qədər ölkəni bağlamağa qərar verdik".

Qeyd edək ki, son məlumatlara əsasən Estoniyada 76 183 nəfər koronavirusa yoluxub, 667 nəfər isə koronavirusdan ölüb.

Rubrika.Az
Geri qayıt