Əsas Səhifə > Təhsil > Daha bir məktəb koronavirusa görə bağlandı
Daha bir məktəb koronavirusa görə bağlandı10-03-2021, 12:58 |
|
Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb. Rubrika.Az-ın məlumatına görə, Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbdə martın 9-dan dərslərin distant formada keçirilməsi qərara alınıb. Buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır. Dərslər 14 gün müddətində distant formada davam etdiriləcək. Əldə edilən məlumata görə, məktəbin direktoru və direktor müavini COVİD-19 virusuna tutulub. Məktəb direktoru hazırda Bakı şəhərindəki xəstəxanalardan birində müalicə alır. Məktəb direktoru Söhbət Salmanov APA-ya açıqlamasında koronavirusa yoluxduğunu və rəhbəri olduğu təhsil müəssisəsinin 14 günlük bağlandığını təsdiqləyib. Rubrika.Az Geri qayıt |