Əsas Səhifə > İdman > "Portu" "Yuventus"u Çempionlar Liqasından kənarlaşdırdı

"Portu" "Yuventus"u Çempionlar Liqasından kənarlaşdırdı


10-03-2021, 23:39
"Portu" "Yuventus"u Çempionlar Liqasından kənarlaşdırdı

"İtaliyanın "Yuventus" futbol klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda əlavə vaxtda Portuqaliyanın "Portu" komandasını 3:2 hesabı ilə məğlub edib.

Rubrika.az Trend-ə istinadən bildirir ki, meydan sahiblərin heyətində qolları Federiko Kyeza (49, 63-cü dəqiqə) və Adrien Rabyo (117), qonlardan Serjiu Oliveyra qol vurub (19, 115).

İlk qarşılaşma 2:1 hesabı ilə "Portu"nun qələbəsi ilə başa çatdı. Beləliklə, ümumilikdə Portuqaliya klubu 1/4 finala çıxıb.

Digər oyunda Almaniyanın "Borussiya" (Dortmund) klubu doğma meydanda İspaniya "Sevilya"sını qəbul edib. Komandalar arasında keçirilən ilk oyunda "Borussiya" 3:2 hesablı qələbə qazanmışdı. Cavab oyunu heç-heçə bitsə də, növbəti mərhələyə vəsiqə Almaniya təmsilçisi qazanıb.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
9 mart

"Borussiya" (Dortmund) - "Sevilya (İspaniya) - 2:2
Qol: Haland, 35; 54 - En Nesiri, 69-pen; 90+6.
Dortmund, "Siqnal İduna Park". Baş hakim: Cüneyt Çakır (Türkiyə)
(ilk oyun - 3:2)

"Yuventus" (İtaliya) - "Portu" (Portuqaliya) - 3:2
Qol: Kyeza, 49; 63. Rabyo, 117 - S.Oliveyra, 19-pen; 115.
Turin, "Alyans Arena". Baş hakim: Byorn Keypers (Niderland)
(ilk oyun - 1:2)

Rubrika.az
Geri qayıt