Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda bir sıra yaşayış məntəqələrində yağış və qar yağıb – FAKTİKİ HAVA
Azərbaycanda bir sıra yaşayış məntəqələrində yağış və qar yağıb – FAKTİKİ HAVA11-03-2021, 23:01 |
|
Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 11-i saat 18:00-a olan məlumata əsasən, ölkənin bir sıra şəhər, rayon və qəsəbələrində - Naxçıvan, Şərur, Şahbuz, Naftalan, Şəmkir, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, İsmayıllı, Xaçmaz, Quba, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Ağsu, Şabran, Nabran, Sumqayıt, Bakı, Maştağa, Pirallahı, Çilov adası, Binədə yağış yağıb. Daşkəsən, Gədəbəy, Göygöl, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Kişçay (Şəki), Sarıbaş (Qax), Şahdağ, Xınalıqda isə qar yağıb. Rubrika.az Geri qayıt |