Əsas Səhifə > Müsahibə > "Əgər bu etirazlarımla səhv edirəmsə, vallah öz ayağımla gedərəm edam kürsüsünə"

"Əgər bu etirazlarımla səhv edirəmsə, vallah öz ayağımla gedərəm edam kürsüsünə"


12-03-2021, 11:01
"Əgər bu etirazlarımla səhv edirəmsə, vallah öz ayağımla gedərəm edam kürsüsünə"

Dostlarım,yaxınlarım,məni tanyanlar!

Əgər səhv edirəmsə dərhal etiraz edin!Mən qəbul edə bilmirəm,barışmıram,etiraz edirəm! Bu gün təsadüfən marketdə bir şəhid anasının alış-veriş etdiyini gördüm.O,43 manatlıq ərzaq aldı.Yüzə-yüz əminəm ki,onunun aldlğı 43 manatlıq ərzaqdan ən azı iki manatını market sahibi oğurlayır.Aldığı şəkər tozunun,qəndin çəkisində,kassada dəyəri heç bir qəpiklik olmayan,qadağan olunmuş polietilen salafana görə 20-30 qəpik artıq yüklənməsinə görə,Həmin marketin qapısında isə həmin şəhid anasının şəhid balasının böyük,işıqlandırılmış şəkili asılıb.Hamı həmin sahibkara alqış deyir şəhidə qoyduğu “hörmətə”görə.
Mən etiraz edirəm xalqdan bir qəpik oğurlamayan,bahalı mülkləri,şirkətləri olmayan,sıradan vətəndaşlar kimi marşurutla işə gedib-gələn əqidəsinə sadiq ,mənsub olduğu partiyaya canla -başla xidmət edən,Elman Nəsirovu mənfi hallandıran,amma qara keçmişi ,müxtəlif siyasi qütblü mövqeyi olan,yaxın keçmişdə xalqa qənim olan MTN əlaltısı İqbal Ağazadənin bütləşdirən mediyaya,Etiraz edirəm layiq olmayanı üst başda əyləşdirən səlahiyyət sahiblərinə,Etiraz edirəm islahat adı altında məktəbə qənim kəsilən səbatsız,düşüncəsiz şarlatanlara,barışa bilmirəm saxta dərmanları apteklərdə camaata sırayan cinayətkar şəbəkələrə,etiraz edirəm ölkənin baş nazirinə ki,8 Mart qadınlar günündə şəhid Arəstə Baxışovanın qəbrini ziyarət etmədi,etiraz edirəm qardaşım,bacım vallah barışmıram minimum əmək haqqından çox olan cərmələrə..... Əgər bu etirazlarımla səhv edirəmsə vallah öz ayağımla gedərəm edam kürsüsünə.

Pərviz Yəhyalı
Geri qayıt