Əsas Səhifə > Cəmiyyət > Operativ Qərargahın brifinqi nə vaxt olacaq? - İbrahim Məmmədovdan açıqlama

Operativ Qərargahın brifinqi nə vaxt olacaq? - İbrahim Məmmədovdan açıqlama


12-03-2021, 20:24
Operativ Qərargahın brifinqi nə vaxt olacaq? - İbrahim Məmmədovdan açıqlama

Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma sayının kəskin artması ilə cəmiyyətdə karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı məlumatlar yayılır.

Bununla bağlı martın 13-də Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqi də keçiriləcəyi deyilir. Ancaq bu günə qədər brifinqlə bağlı rəsmi heç bir məlumat yayımlanmayıb.

Azxeber.com sabah brifinqin keçirilib-keçirilməyəcəyi haqqında məlumatı dəqiqləşdirmək üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxlayıb.

Qurumun sözcüsü deyib ki, bu haqda dəqiq məlumatı yoxdur:

"Martın 13-də Operativ Qərərgahın brifinqi olması ilə bağlı məlumatım yoxdur. Brifinq olacaqsa, əvvəlcədən mətbuata məlumat veriləcək".

İbrahim Məmmədov karantin rejiminin sərtləşəcəyi haqda da məlumatlı olmadığını bildirib.

Rubrika.Az
Geri qayıt