Əsas Səhifə > Təhsil > Bakıda daha bir məktəb koronavirusa görə bağlandı
Bakıda daha bir məktəb koronavirusa görə bağlandı15-03-2021, 09:31 |
|
Bakı şəhərində yerləşən 27 nömrəli tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb. Rubrika.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır. Dərslər iki həftə distant formada davam etdiriləcək. Qeyd edək ki, məktəbdə IX siniflər üçün keçirilməsi planlaşdırılan imtahanlar da ləğv olunub. Rubrika.Az Geri qayıt |